"Zirə"yə 4 cavabsız qol vuran "Sabah" ölkə çempionu oldu

AFFA Gənclər Liqasında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Sabah"ın U-19 komandası çempionatın başa çatmasına 3 tur qalmış qızıl medalları qazanıb.
Masazır təmsilçisi çempionluğu 36-cı turun "Zirə" ilə səfər matçında 4:0 hesablı qələbə qazanaraq təmin edib.
Bosniyalı Adino Mustedanagiçin baş məşqçisi olduğu komanda xal ehtiyatını 89-a çatdırıb.
İkinci pillədə qərarlaşmış "Qəbələ"nin 78 xalı var.