AFFA rəhbərliyi Azərbaycanın Fransadakı səfiri ilə görüş keçirdi

 AFFA rəhbərliyi Azərbaycanın Fransadakı səfiri ilə görüş keçirdi

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər.

"Mediasport" xəbər verir ki, Leyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandamıza uğurlar arzulayıb.

Görüş zamanı səfirə Azərbaycan milli komandasının forması hədiyyə olunub.