Toral Bayramov "Bursaspor"la növbəti qələbəsini qazandı

Toral Bayramov "Bursaspor"la növbəti qələbəsini qazandı

Futbol üzrə Türkiyə 1-ci Liqasında 2-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "İğdır"la qarşılaşıb.

Görüş "əjdahalar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Bayramov meydana 71-ci dəqiqədə daxil olub.

Xal ehtiyatını 6-ya çatdıran Mustafa Erin komandası "Manisa" ilə liderliyi bölüşür.