Yığmamız Bakıda Macarıstan millisinə uduzdu - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
"Mediasport" xəbər verir ki, komandamız Bakıda Macarıstan yığması ilə qarşılaşıb.
Ötən yaydan Azərbaycan seçməsinə başçılıq edən Fernandu Santuş növbəti dəfə qələbə qazana bilməyib.
Portuqaliyalı mütəxəssis 10-cü oyununda meydandan məğlub ayrılıb Yığmamız bunadək keçirdiyi 9 görüşün heç birində qalib gələ bilməmişdi (7 məğlubiyyət, 2 heç-heçə).
Qeyd edək ki, futbolçularımız hazırlıq çərçivəsində iyunun 7-də Riqada Latviya millisi ilə bərabərə qalıblar (0:0).
Beynəlxalq yoldaşlıq oyunu
Azərbaycan - Macarıstan 1:2
Qollar: Renat Dadaşov, 9 - Barnabas Varqa, 5, Dominik Soboslai, 33.
Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)
"Dalğa Arena.
Azərbaycan: Rza Cəfərov, Bəhlul Mustafazadə, Rəhman Daşdəmirov, Cəlal Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Emin Mahmudov (k), Anatoli Nuriyev, Mahir Emreli, Renat Dadaşov.
Macarıstan: Balaş Tot, Vili Orban, Loik Neqo, Marton Dardai, Andras Şafer, Bendequz Bolla, Zolt Nagi, Aleks Tot, Roland Şallai, Dominik Şoboşlai (k), Barnabas Varqa.