"Zirə"nin yay planı açıqlandı

"Zirə"nin yay planı açıqlandı

“Zirə”nin yay hazırlıq planı məlum olub.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi iyunun 14-də çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq.

“Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirəcək. Matç iyunun 30-da “Qarabağ”a qarşı planlaşdırılıb.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq.

5-17 iyul tarixlərində qonşu ölkədə olacaq "qartallar" bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Oyunlar 8, 12 və 16 iyul( iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.