"Neftçi"nin sabiq azərbaycanlı üzvü yetirməsi olduğu kluba qayıtdı

"Neftçi"nin sabiq azərbaycanlı üzvü yetirməsi olduğu kluba qayıtdı

2022-2025-ci illərdə “Neftçi”də çıxış etmiş Azər Əliyev özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, azərbaycanlı müdafiəçi karyerasını ikinci vətənində davam etdirəcək.

31 yaşlı futbolçu yetirməsi olduğu 1-ci Liqa təmsilçisi "Yenisey"ə qayıdıb. O, Krasnoyarsk klubu ilə 6 aylıq müqavilə bağlayıb.

2012-2017-ci illərdə "Yenisey"də oynamış Azər Rusiyada “Krılya Sovetov”, “Ufa” və “Tambov”da da forma geyinib.

Həmyerlimiz 2023-cü ildə Azərbaycan millisində AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriyaya qarşı 45 dəqiqə meydanda olub.