Azərbaycan yığmasının eks baş məşqçisi federasiyada vəzifə aldı

 Azərbaycan yığmasının eks baş məşqçisi federasiyada vəzifə aldı

Azərbaycan Həndbol Federasiyasında (AHF) yeni təyinat reallaşıb.

"Mediasport" xəbər verir ki, "Azəryol" həndbol komandasının sabiq baş məşqçisi Vidadi Əliyev qurumun cənub bölgəsi üzrə koordinatoru təyin edilib.

Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012–2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, Əliyev daha əvvəl kişilərdən ibarət "İdman Akademiyası" ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.