Alman hücumçunun "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşdi

Alman hücumçunun "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşdi

Yanvarın 21-də UEFA Çempionlar Lqiasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Ayntraxt" Bakıda meydana ciddi itki ilə çıxacaq.

"Mediasport" xəbər verir ki, Almaniya klubu Tofiq Bəhramov adına Respublika stadionunda əsas hücumçuları Conatan Burkardtın xidmətindən istifadə edə bilməyəcək.

Noyabrda "Atalanta" ilə matçda zədə alan 25 yaşlı forvardın Azərbaycan çempionu ilə dueldə oynaya bilməyəcəyi dəqiqləşib.

Burkardt bu mövsüm ümumilikdə 17 qolla komandasının bombardiridir.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması saat 21:45-də start götürəcək.

"Atlılar" 6 turdan sonra 7 xalla 22-ci, almaniyalılar isə 4 xalla 30-cu sırada qərarlaşıblar.