Fernandu Santuş milli komandanın heyətini bu tarixdə açıqlayacaq

Fernandu Santuş milli komandanın heyətini bu tarixdə açıqlayacaq

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

"Mediasport" xəbər verir ki, portuqaliyalı mütəxəssis avqustun 29-da, saat 11:00-da AFFA-nın inzibati binasında jurnalistlərin suallarını cavablandıracaq.

Mətbuat konfransında milli komandamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.