Azərbaycan - Fransa oyununu idarə edəcək hakimlər müəyyənləşdi

Azərbaycan - Fransa oyununu idarə edəcək hakimlər müəyyənləşdi

Noyabrın 16-da DÇ-2026-nın seçmə mərhələsinin son turu çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Fransa oyununun hakimlər briqadası açıqlanıb.

"Mediasport" istinadən xəbər verir ki, Respublika stadionunda baş tutacaq qarşılaşmanı Latviyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Andris Treimanisin yan xətdə köməkçiləri Haralds Qudermanis və Aleksey Spasennikov olacaqlar.

Dördüncü hakim funksiyasını Vitali Spasennikov yerinə yetirəcək.

Matç saat 21:00-da başlanacaq.