Amit Quluzadə məşqçiliyə qayıtdı
Bir müddətdir işsiz olan Amit Quluzadə özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, mütəxəssis yenidən “Qaradağ Lökbatan”ın baş məşqçisi təyin edilib.
Azərbaycan yığmasının sabiq futbolçusu 2-ci Liqa klubu ilə 1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Quluzadə Lökbatan təmsilçisini 2024/2025 mövsümündə də çalışdırıb.


