Azərbaycan Premyer Liqası klubu gürcü müdafiəçi transfer etdi

Azərbaycan Premyer Liqası klubu gürcü müdafiəçi transfer etdi

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən "Kəpəz" heyətinə daha bir futbolçu qatıb.

Gəncə klubundan "Mediasport“a verilən məlumata görə, budəfəki transfer gürcüstanlı Mate Abuladzedir.

"Sarı-göylər" 25 yaşlı mərkəz müdafiəçisi ilə 1,5 illik müqaviləni razılaşdırıblar.

Son olaraq ölkəsində "Samqurali"də oynamış futbolçu daha əvvəl "Torpedo" (Kutaisi) və "Samtredia"da da forma geyinib.

Xatırladaq ki, gəncəlilər onadək "Turan Tovuz"dan ayrılan Veysəl Rzayevlə gücləniblər.