Premyer Liqanın daha bir klubu Sumqayıtda oynayacaq - RƏSMİ

Premyer Liqanın daha bir klubu Sumqayıtda oynayacaq - RƏSMİ

"Araz-Naxçıvan” ev oyunlarını Sumqayıtda keçirəcək.

"Mediasport" xəbər verir ki, klub bununla bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Müraciətdə bildirilib ki, komandanın ev oyunlarını keçirdiyi "Liv Bona Dea Arena"da əsaslı təmir işləri aparılacaq.

Bununla əlaqədar klub alternativ stadion kimi "SOCAR Polymer Arena"nı təqdim edib.

PFL-in qərarına əsasən, “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq "Turan Tovuz" ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl "Turan Tovuz"un Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynamasına dair qərar çıxarılıb.