"İnanıram ki, tezliklə əsas heyət üzvü olacağam” - Tofik İsmail

"İnanıram ki, tezliklə əsas heyət üzvü olacağam” - Tofik İsmail

“Hər matçda qalib gəlmək istəyirik. Bu oyun istisna deyildi, lakin sonda 1 xalla kifayətlənməli olduq”. 

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın futbolçusu Tofik İsmail deyib.

Nigeriyalı vinger Azərbaycan Premyer Liqasının 5-ci turunun "Zirə" ilə səfər oyunu haqda düşüncələrini bölüşüb:

"Məhsuldar ötürmə ilə yadda qalmağım normaldır, mənim işimdir. Məqsədimiz qalib gəlməkdir. Təəssüf ki, ikinci qolu vura bilmədik.

Hədəfimiz çempionluqdur. Buna görə də bütün matçlarda 3 xal qazanmaq istəyirik.

Qarşıdakı matçlarda start heyətdə oynamağaıma gəlincə, bu haqda nəsə deyə bilmərəm. Qərarı baş məşqçi verir.

Məşqlərdə əlimdən gələni edirəm. İnanıram ki, tezliklə əsas heyət üzvü olacağam”.