“Neftçi”nin “Qəbələ” ilə matçının biletləri satışa çıxarıldı - 19-cu tur
Fevralın 10-da Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.
“Palms Sports Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.
