"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

2013-2014-cü illərdə "Xəzər Lənkəran"ın baş məşqçisi olmuş Oğuz Çətin xəstəxanaya yerləşdirilib.

Mediasport.com.az xəbər verir ki, Türkiyə millisinin sabiq futbolçusu və baş məşqçisinin səhhətində problem yaranıb.

61 yaşlı mütəxəssis intensiv terapiya şöbəsində müalicə alır.

Xatırladaq ki, o, tarixə qovuşmuş Lənkəran klubunda köməkçi məşqçi və baş məşqçi olub.

Oğuz Çətin Türkiyə Futbol Federasiyasında çlaışırdı.