"Zirə" yamaykalı legioner gətirdi
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, "qartallar" Dameyn Smiti transfer ediblər.
Yamaykalı vingerlə 5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 20 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Rasinq Yunayted" və Birləşmiş Ərəb Əmirliklərinin "Nova Star" klublarında çıxış edib.


