Azərbaycan çempionatında bir oyunun stadionu dəyişdirildi

Azərbaycan çempionatında bir oyunun stadionu dəyişdirildi

Futbol üzrə 2-ci liqada bir oyunun yeri dəyişdirilib.

Bu barədə "Mediasport"a Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

Bununla əlaqədar 18-ci tur çərçivəsində martın 16-da keçirilməli olan “Ağstafa Gəncləri” – “Şirvan” qarşılaşması hər iki klubla müzakirənin yekunu olaraq Göygöl Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.

Matçın başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.