"Atletik"in futbolçusu "Qarabağ"la oyun haqda: "Güclü komandadır"
"Bəlkə də “Qarabağ” haqqında bir çoxunuzun məlumatı yoxdur. Lakin iki matçda qalib gəliblər. Bu o deməkdir ki, çox güclü komandadır. Oyuna qələbə qazanmaq komandamız üçün çox vacibdir".
"Mediasport" xəbər verir ki, bu sözləri İspaniyanın “Atletik” klubunun futbolçusu Aytor Paredes deyib.
25 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün qarşılaşacaqları "Qarabağ"la oyun haqda düşüncələrini bölüşüb:
"Hər iki matçda qalib gəldiklərini nəzərə alsaq, işimizi xeyli çətinləşdirəcəklər. Oyuna diqqətlə və ciddi yanaşmalıyıq. Xal qazanmaq üçün qollar vurmaq lazımdır. Matça yaxşı hazırlaşmışıq".
Xatırladaq ki, "San Mames" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
