"Sumqayıt" daha 3 futbolçusu ilə müqavilə müddətini uzatmadı

 "Sumqayıt" daha 3 futbolçusu ilə müqavilə müddətini uzatmadı

Yeni mövsümə hazırlaşan "Sumqayıt"da daha üç ayrılıq reallaşıb.

"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Elvin Bədəlov, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovla vidalaşıb.

Hər üç futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, sumqayıtlılar daha əvvəl Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov və Murad Xaçayevlə əməkdaşlığı dayandırıblar.