Azərbaycan yığması Avropa çempionatında 2-ci yeri tutdu

Qadınlardan ibarət Azərbaycanın 3x3 basketbol millisi Avropa çempionatını gümüş medalla başa vurub.
"Mediasport" xəbər verir ki, Danimarkada keçirilən qitəmiqyaslı turnirdə millimiz Niderlanda 16:21 hesabı ilə uduzub.
Tarixində ilk dəfə finalda mübarizə aparan Azərbaycan yığması qrupda Fransanı (21:16), Ukraynanı (21:14) məğlub edib.
Komandamız 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) mübarizədən kənarlaşdırıb.