"Sabah" Almaniya klubu ilə qarşılaşır, "Neftçi" Polşa səfərində

 "Sabah" Almaniya klubu ilə qarşılaşır, "Neftçi" Polşa səfərində

Azərbaycanın basketbol klublar bu gün avrokubkda növbəti oyunlarını keçirəcəklər.

"Mediasport" xəbər verir ki, "Sabah" FİBA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Alba" (Almaniya) ilə üz-üzə gələcək.

Qarşılaşma Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.

"Neftçi" isə Avropa Kubokunun əsas mərhələsi çərçivəsində Polşada "Trefl"in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:15-də başlanacaq.