"Evdə çox yaxşı oyunlarımız oldu"

"Evdə çox yaxşı oyunlarımız oldu"

“Bu bizim Çempionlar Liqasında ilk mövsümümüz idi. Əlbəttə, təcrübə baxımından problemimiz var. Bu da təbii haldır".

"Mediasport" xəbər verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litavlı mütəxəssis FİBA Çempionlar Liqasının qrup mərhələsində keçirdikləri son oyun haqda danışıb, Almaniyanın “Alba” klubuna məğlubiyyəti şərh edib:

"Evdə çox yaxşı oyunlarımız oldu. Amma təəssüf ki, evdəki performansı səfər oyunlarında nümayiş etdirə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var.

Biz 7 nəfərlə ilk 3 periodlarda yaxşı mübarizə aparırıq, lakin əvvəlki bəzi oyunlarda olduğu kimi bu dəfə də son periodda heyətdəki rotasiya imkanlarının çatışmazlığı səbəbindən istədiyimizi edə bilmirik.

“Alba Berlin”də eyni zamanda 3-4 oyunçu əvəzlənir, amma bizdə belə bir imkan yoxdur. Buna baxmayaraq bu turnir bizim üçün böyük təcrübə oldu”.

Xatırladaq ki, təmsilçimiz B qrupunu 6 oyuna 6 xalla sonuncu pillədə başa vurub.