ABL-də ilk finalçı məlum oldu

 ABL-də ilk finalçı məlum oldu

Azərbaycan Basketbol Liqasında ilk finalçının adına aydınlıq gətirilib.

"Mediasport" xəbər verir ki, son çempion "Sabah" həlledici raunda yüksəlib.

Yarımfinalın "Şəki" ilə ilk görüşündə qələbə qazanmış paytaxt təmsilçisi səfərdə də sevinən tərəf olub.

Bu gün baş tutacaq digər yarımfinal cütündə "Neftçi" və "Abşeron" komandaları arasında ikinci duel reallaşacaq.

Matç saat 19:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" qələbə qazanıblar (97:93).