"Sabah"ın Çempionlar Liqasında qrup rəqibləri məlum oldu - PÜŞK

"Sabah"ın Çempionlar Liqasında qrup rəqibləri məlum oldu - PÜŞK

Yeni mövsümdə Azərbaycanı FİBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" basketbol komandasının müntəzəm mövsümdəki rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində keçirilib.

Bakı təmsilçisi "B" qrupunda "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.

Müntəzəm mövsümə oktyabrın 7-də start veriləcək.