Avropa çempionatında Azərbaycan 11 idmançı ilə təmsil olunacaq
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək kişi və qadın boksçular arasında keçiriləcək Avropa çempionatında Azərbaycan 11 idmançı ilə təmsil olunacaq.
"Mediasport" xəbər verir ki, noyabrın 23-də start götürəcək yarış 7 gün davam edəcək.
Baş məşqçi Elbrus Rzayev U-23 Avropa çempionatında Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcək.
Qadınlardan ibarət yığmanın baş məşqçisi İlkin Ağayev isə Budapeştdə Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevaya (65 kq) güvənəcək.
Yarışın hakimləri arasında beynəlxalq dərəcəli referi Qalib Əbiyev də yer alacaq.
