Məhəmməd Abdullayev Avropa yığmasının heyətində döyüşəcək

 Məhəmməd Abdullayev Avropa yığmasının heyətində döyüşəcək

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə Avropa və Panamerika yığmalarının döyüşü keçiriləcək.

Azərbaycan Boks Federasiyasından "Mediasport"a verilən məlumata görə, noyabrın 14-də təşkil ediləcək gecəyə Azərbaycan millisinin idmançısı Məhəmməd Abdullayev də dəvət alıb.

+90 kq-da rinqə çıxacaq boksçumuz Gilbert Kabamba (ABŞ) ilə döyüşəcək.

Bu gün Macarıstana yollanan boksçu və məşqçisi Etibar Abdullayev noyabrın 15-də Bakıya qayıdacaq.

Qeyd edək ki, gecədə qadın və kişi boksçular hərəsi 5 çəki dərəcəsində güclərini yoxlayacaqlar.

Döyüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.