Dünya çempionatı: İdmançılarımız İngiltərədə mübarizəyə start verir

  Dünya çempionatı: İdmançılarımız İngiltərədə mübarizəyə start verir

Bu gün İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatına start veriləcək.

"Mediasport" xəbər verir ki, yarışın ilk günündə 2 boksçumuz mübarizəyə qoşulacaq.

Zaur Qəhrəmanov (65 kq) almaniyalı Denis Brillə, Sərxan Əliyev (70 kq) isə ABŞ-li Karlos Flouerslə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq.