Azərbaycanın daha bir boksçusu Macarıstanda yarımfinala çıxdı

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü daha bir üzvü yarımfinala vəsiqə qazanıb.
65 kq çəki dərəcəsində yarışan Əli Abdullayev 1/4 finalda yerli Gerq Şarazdün üstün olub - 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28).
Boksçumuz yarımfinalda Çexiya təmsilçisi Erik Suçi ilə qarşılaşacaq.
Qeyd edək ki, final yolunda Tural Sarıyev (50 kq) Peter Lakatoşla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) isə Aksel Eqartla (Uels) döyüşəcək.