Azərbaycan boksçuları Niderlandda 3 medal qazandılar

 Azərbaycan boksçuları Niderlandda 3 medal qazandılar

Azərbaycanın boks millisi Niderlandın Eyndhoven şəhərində keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz üç medal qazanıblar.

Yığmanın heyətində Məhəmmədəli Aşurəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Əli Abdullayev (65 kq) yarışı gümüş, Nəbi İsgəndərov (70 kq) isə bürünc medalla bitirib.