UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatması keçirildi
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.
Raundun qarşılaşmaları martın 12-si və 19-da baş tutacaq.
UEFA Avropa Liqası. 1/8 final
"Ştuttqart" (Almaniya) - "Portu" (Portuqaliya)
"Bolonya" (İtaliya) - "Roma" (İtaliya)
"Ferensvaroş" (Macarıstan) - "Braqa" (Portuqaliya)
"Genk" (Belçika) - "Frayburq" (Almaniya)
"Nottingem Forest" (İngiltərə) - "Midtyullann" (Danimarka)
"Lill" (Fransa) - "Aston Villa" (İngiltərə)
"Panatinaikos" (Yunanıstan) - "Betis" (İspaniya)
"Selta" (İspaniya) - "Lion" (Fransa)
