Yığmamızın yeni məşqçiləri valideynlərə təqdim edildi
Azərbaycan Su İdman Növləri Federasiyasının inzibati binasında yelkən idmanı bölməsi üzrə idmançılar və onların valideynləri ilə görüş təşkil olunub.
"Mediasport" xəbər verir ki, federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev su idman növlərinin sağlam həyat tərzinin formalaşdırılmasındakı rolundan, yelkən idmanının inkişaf perspektivlərindən, eləcə də federasiyanın gələcək plan və layihələrindən danışıb.
Federasiyanın İdarə Heyətinin üzvü Burcu Alqon yelkən idmanı haqda görüş iştirakçılarını məlumatlandırıb.
İdmançılarımızın beynəlxalq yarışlardakı nəticələri və tədbirin məqsədi barədə məlumat verib.
Tədbir çərçivəsində federasiyanın əməkdaşları, həmçinin yelkən idmanı üzrə məşqçi heyətinə yeni qoşulan baş məşqçi Gürbüz Arıkan və məşqçi Aysun Atay Arıkan valideynlərə təqdim edilib.
Görüş interaktiv müzakirələrlə davam edib.
Valideynlərin və federasiya əməkdaşlarının təklif və fikirləri dinlənilib, yelkən idmanının inkişafı, məşq prosesinin təşkili, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planları ətrafında fikir mübadiləsi aparılıb.


