Avropa Liqasında 11 pley-offçu məlum oldu, bir matç təxirə salındı
UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, cavab qarşılaşmaları çərçivəsində 11 görüş keçirilib.
"Klaksvik" - "Lex" matçı qonaqların uçuşunun yubanması səbəbindən bu günə salınıb.
Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin heyətində oynadığı "Eqnatiya" Albaniyada "Şemrok"i sınağa çəkib.
U-21 yığmamızın üzvü Murad Məmmədovun formasını geyindiyi "Pafos" Kiprdə "Zalsburq"u qəbul edib.
UEFA Avropa Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunları
"Omoniya" (Kipr) – "Linkoln" (Cəbəllütariq) 1:0 (ilk oyun – 1:1)
"Universitatya" Krayova (Rumıniya) – "KuPS" (Finlandiya) 2:1 (ilk oyun – 1:1)
"Pafos" (Kipr) – "Zalsburq" (Avstriya) 3:3 (ilk oyun – 0:1)
"Beşiktaş" (Türkiyə) – "Hradeç" (Çexiya) 1:0 (ilk oyun – 1:0)
"Qurnik" (Polşa) – "Ferensvaroş" (Macarıstan) 1:1 (ilk oyun – 0:1)
"Klaksvik" (Farer adaları) – "Lex" (Polşa) – (ilk oyun – 0:1)
"Vikinqur" (İslandiya) – "Tun" (İsveçrə) 3:2 (ilk oyun – 0:3)
MOİK Sofiya (Bolqarıstan) – "Makkabi" Təl-Əviv (İsrail) 1:3 (ilk oyun – 3:0)
"Anderlext" (Belçika) – PAOK (Yunanıstan) 3:2 (ilk oyun – 1:0)
"Reyncers" (Şotlandiya) – "Yagelloniya" (Polşa) 1:1 (ilk oyun – 1:2)
"Harts" (Şotlandiya) – "Benfika" (Portuqaliya) 1:1 (ilk oyun – 1:6)
"Eqnatiya" (Albaniya) – "Şemrok" (İrlandiya) 5:1 (ilk oyun – 1:3)

