UEFA Avropa Liqasında 1/4 final mərhələsi bir oyunla başlanır
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsi start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk oyunlar çərçivəsində bir matç keçiriləcək.
Portuqaliyanın "Braqa" klubu doğma meydanda "Betis"lə (İspaniya) qarşılaşacaq.
Görüş Bakı vaxtilə saat 20:45-də başlanacaq.
Raundun digər görüşləri sabah baş tutacaq.
