Ayxan və Elmindən bürünc medal, Günay qızıl medalın astanasında
Güləşçilərimiz Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında daha 2 medal qazanıblar.
"Mediasport" xəbər verir ki, Ayxan Cavadov (60 kq) rumıniyalı Draqos Draqaya 6:1 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Elmin Əliyev (82 kq) macarıstanlı Sabolç Sinanı tam üstünlüklə (8:0) məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qadınların mübarizəsində isə Günay Qurbanova (59 kq) moldovalı Madalina Prisakariyə 5:0 hesabıyla qalib gələrək finala yüksəlib.


