2-ci Liqa klubunun hücumçusu "Neftçi"nin baş məşqçisi oldu
Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Nurlan Novruzov məşqçiliyə başlayıb.
"Mediasport" xəbər verir ki, 33 yaşlı hücumçu "Neftçi"də işləyəcək.
Futbolçu karyerasını 2-ci Liqada "Zəngəzur" klubunda davam etdirən forvard paytaxt təmsilçisinin U-12 komandasına məşqçi təyin olunub.
Xatırladaq ki, Novruzov ölkəmizdə "Bakı", "Sumqayıt", "Zirə", "Səbail" klublarında oynayıb, Türkiyə, Moldova, Estoniya, Nepal və Litvada legioner həyatı yaşayıb.
O, 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.


