Azərbaycan güləşçisi Avropa çempionatında finala çıxdı

Azərbaycan güləşçisi Avropa çempionatında finala çıxdı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün yarışda sərbəst güləşçilərin mübarizəsi start götürüb.

Azərbaycanın beş təmsilçisi - İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxıb.

Onlardan yalnız Bazarqanov və Hacıyev yarımfinala yüksələ bilib.

Sonuncu final yolunda uduzsa da, Bazarqanov həlledici duelə vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Qitə birinciliyi aprelin 26-da yekunlaşacaq.