Rafiq Hüseynov Dünya Güləş Birliyinin konfransına qatıldı

Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə koordinatoru Rafiq Hüseynov Dünya Güləş Birliyinin (UWW) konfransına qatılıb.
Bu barədə "Mediasport"a AGF-nin mətbuat xidmətindən bildirilib.
Tədbirdə Azərbaycan da daxil olmaqla 4 ölkənin federasiya nümayəndələri çıxış edib. Onlar ölkələrində güləşin inkişaf yolunu və strategiyalarını təqdimatla iştirakçılara çatdırıblar.
R.Hüseynov çıxışının əvvəlində müstəqillik illərində güləşdə qazandığımız uğurlardan danışıb. Qeyd edib ki, bu müddət ərzində Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında 1434 medal qazanılıb. Bunların 28-i Olimpiadalarda, 478-i dünya, 928-i isə Avropa çempionatlarında əldə edilib.
Təqdimatda ölkəmizin güləş arealının genişliyinə toxunan R.Hüseynov bir çox titullu güləşçimizin bölgələrdə yetişdiyini xüsusilə qeyd edib.