Ad gününü qeyd edən güləşçimiz Serbiyada dünya üçüncüsü oldu
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycan komandası növbəti medalını yarışın 6-cı günündə qazanıb.
18 yaşını qeyd edən Günay Qurbanova (59 kq) italiyalı Avrora Russoya "tuş"la qalib gələrək mundialın bürünc medalını əldə edib.
