Gimnastlarımızdan uğurlu nəticə
"AGF Trophy" beynəlxalq turnirinin ilk iki günündə Azərbaycan təmsilçiləri uğurlu nəticəyə imza atıblar.
"Mediasport" xəbər verir ki, bu gün Rəsul Əhmədzadə çoxnövçülük proqramında birinci, Xədicə Abbaszadə isə üçüncü olub.
Yarışın ilk günündə isə Leyla Məmmədzadə fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Gənc qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandaları da bürünc medal qazanıb.
Milli Gimnastika Arenasında keçirilən beynəlxalq turnirdə Azərbaycan 16 idmançı ilə təmsil olunur.
