Gənc boksçularımız Rumıniyada beynəlxalq turnirdə yarışacaqlar

Azərbaycanın gənc boksçuları Rumıniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Mediasport.com.az xəbər verir ki, millimiz Breyla şəhərində keçiriləcək “Drakula Open”ə 14 boksçu ilə yollanacaq.
Komandamızın heyətində baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında Bilalhəbaşi Nəzərov, Hikmət Məmmədov (hər ikisi 48 kiloqram), Nihat Qasımov (51 kiloqram), Zidan Hümbətov (54 kiloqram), Sübhan Babayev (57 kiloqram), Baqir Əmirxanlı (60 kiloqram), Vüsal Xəlilov (63,5 kiloqram), Valeh Eyvazlı (67 kiloqram), Rza Rzayev (71 kiloqram), Abbasqulu Şadlinski, Renat Qiyaslı (hər ikisi 75 kiloqram), Mircəlal Mirağayev (80 kiloqram), Hüseyn Hüseynli (92 kiloqram) və Məhəmməd Cəfərov (+92 kiloqram) yarışacaq.
Hakimlərimiz Rövşən Qədirovla Qalib Əbiyev turnirdə ədaləti qoruyacaqlar.
Yarış 16-23 fevral aralığında təşkil olunacaq.