Özbəkistan millisi Bakıda yığmamızla birlikdə hazırlaşacaq

 Özbəkistan millisi Bakıda yığmamızla birlikdə hazırlaşacaq

Yeniyetmə boksçulardan ibarət Özbəkistan millisi Bakıya gəlib.

"Mediasport" xəbər verir ki, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.

Özbəklər Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcəklər. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.