Azərbaycan çempionatının daha iki oyunu "FİFA+TV"də yayımlanacaq
AFFA ilə FİFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun "FİFA+TV" tərəfindən canlı yayımlanacaq.
"Mediasport" xəbər verir ki, XX tur çərçivəsində mayın 16-da keçiriləcək “Araz-Naxçıvan” – “Təhsil 8 İOEUGİM” (12:00) matçı və mayın 17-də təşkil olunacaq “Dirçəliş” – “Qəbələ” (15:00) görüşü platformada göstəriləcək.
Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir.
Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.
