Avarçəkənlərimiz "Mingəçevir Reqatası"nı 22 medalla başa vurdu

Avarçəkənlərimiz "Mingəçevir Reqatası"nı 22 medalla başa vurdu

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçiləri Füzulidəki Köndələnçay su anbarında start götürən və Mingəçevirdə yekunlaşan yarışı 22 medalla başa vurublar.

Mükafatlardan 7-nin əyarı qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.

Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox avarçəkən yarışıb.