"Fikrimcə, komandamız xarakter göstərdi, sonadək vuruşdu"

"Fikrimcə, komandamız xarakter göstərdi, sonadək vuruşdu"

“Rəqibi yaxşı tanıyırdım. Çünki bundan əvvəl “Fomget” klubunda çalışmışdım. Lakin demək olar ki, komandanın yarısı yenilənmişdi, heyət xeyli güclənmişdi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin qadınlardan ibarət komandasının baş məqşçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Fomget”lə (Türkiyə) görüş haqda düşüncələrini bölüşüb:

"Yeni oyunçularının bir çoxu qadın futbolunda güclü olan milli komandaların üzvləri idi. Üstəlik, rəqib bu hazırlıq dönəmində heç bir oyun keçirməmişdi deyə, hansı sürprizlə qarşılaşacağımız müəmmalı idi. Bununla belə, biz də rəqibin gücünə uyğun oyun planı seçmiş və maksimum hazırlaşmışdıq. Qol buraxmadan rəqibi cəzalandırmaq istəyirdik.

Fikrimcə, komandamız xarakter göstərdi, sonadək vuruşdu. Amma təəssüf ki, bəlli vaxtlarda rəqibin keyfiyyəti üzə çıxdı və bizi səhv etməyə məcbur etdi. Bu səhvlərdən sonra qollar buraxdıq. Halbuki bizim də şanslarımız oldu.

Düşünürəm ki, fürsətləri dəyərləndirə bilməməyimizin əsas səbəbi heyətdə gənc futbolçuların çoxluq təşkil etməsidir. Məncə, komanda gələcəkdə daha yaxşı nəticələr göstərə bilər”.

Qeyd edək ki, Azərbaycan çempionu Albaniyanın paytaxtı Tiranada keçirilən matçda rəqibinə 0:2 hesabı ilə uduzub.