DÇ-də seçmə mərhələ: Millimiz Şimali Makedoniyaya yollandı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Şimali Makedoniyaya yollanıb.
"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma iyunun 10-dək orada təlim-məşq toplanışı keçirəcək.
Millimiz iyunun 9-da dünya çempionatının seçmə mərhələsinin 6-cı turu çərçivəsində Şimali Makedoniya ilə üz-üzə gələcək.
Xatırladaq ki, dünən Sumqayıtda baş tutan oyunda futbolçularımız Macarıstanda məğlub olub (1:2).





