"Neftçi" və "Sabah" da məğlub oldu

 "Neftçi" və "Sabah" da məğlub oldu

Azərbaycanın daha iki basketbol klubu avrokuboklarda məğlubiyyətlə üzləşib.

"Mediasport" xəbər verir ki, son ölkə çempionu "Sabah" FİBA Çempionlar Liqasının müntəzəm mövsümünün qrup mərhələsinin ikinci turunda səfərdə "Trabzonspor"a uduzub - 83:100.

"Neftçi" isə FİBA Avropa Kubokunun qrup mərhələsində Bakı İdman Sarayında "Riqa"ya (Latviya) məğlub olub - 94:110.

Qeyd edək ki, ötən gün "Gəncə" Yunanıstanın "Kolossos" (62:80), "LANDAU Lions" Slovakiyanən "Prievidza" kollektivləri ilə bacarmamışdı (84:108).