Azərbaycan Basketbol Liqasında ilk tura 1 oyunla yekun vuruldu

Azərbaycan Basketbol Liqasında 1-ci tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, son oyun günnüdə bir matç keçirilib.
Bakı İdman Sarayında "Ordu" "Naxçıvan"la qarşılaşıb. Görüş birincilərin qələbəsi ilə yekunlaşıb - 79:69.
Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sabah" "Neftçi"yə (86:75), "Abşeron Lions" "Şəki"yə (91:80), "Gəncə" NTD-yə (90:85), "Lənkəran" "Sumqayıt"a (93:82), "Quba" isə "Sərhədçi"yə (98:76) qalib gəlib.