Çempionluğa iddialı kollektivlər 18-ci turu qələbə ilə başa vurdu

 Çempionluğa iddialı kollektivlər 18-ci turu qələbə ilə başa vurdu

Azərbaycan Basketbol Liqasında 18-ci turun görüşləri keçirilib.

"Mediasport" xəbər verir ki, tur 4 günü əhatə edib.

Çempionluğa iddialılardan "Sabah" və "Abşeron Lions" turu qələbə ilə başa vurublar.

Birincilər "Şəki"ni (102:82), abşeronlular isə NTD-ni (107:88) məğlub ediblər.

Digər görüşlərdə "Neftçi" "Gəncə"yə (76:72), "Sumqayıt" "Quba"ya (117:116), "Sərhədçi" "Ordu"ya (70:67) və "Naxçıvan" "Lənkəran"a (104:73) qalib gəlib.

Xatırladaq ki, A və B qruplarından ibarət Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatın sonuna iki tur qalıb.