Gəncə klubu doğma meydanda Portuqaliya "Sportinq"inə qarşı
FİBA Avropa Kubokunda təmsilçimiz "Gəncə" basketbol komandası bu gün C qrupunda üçüncü oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, baş məşqçi postuna Murad Dikməni gətirən qərblilər 4-cü tur çərçivəsində Portuqaliyanın "Sportinq" komandasını qəbul edəcək.
Gəncə İdman Sarayında baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Xatırladaq ki, "sarı-göylər" qrupda "Kolossos" (Yunanıstan) və "Esenler Erokspor"a (Türkiyə) uduzub. "Rilski Sportist" (Bolqarıstan) ilə matç təxirə salınıb.

